Beagle Board
Yaradıcı | Texas Instruments |
---|---|
İstehsalçı | Circuitco LLC BeagleBoard.org dəstəyi ilə |
Tipi | Bir-lövhəli kompüter |
Çip üzərində sistem | OMAP3530 ARM Cortex-A8 |
RAM yaddaşı | 256 MB (LPDDR) |
Daimi yaddaş | 256 MB NAND FLASH |
Qrafika | PowerVR SGX530 |
Mübadilə | USB, RS-232 |
Portlar | SD/MMC yaddaş kartları üçün slot |
Ölçüləri | 7.62 sm × 7.62 sm × 1.6 sm |
Ağırlığı | ~37 g[1] |
Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. .
Lövhədə aşağıdakı konnektorlar mövcuddur:
DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur.
Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür.
27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü. Ən əsas fərq ölçülərinin daha böyük olması 82.5 х 82.5 mm, prosessorun artmış sürəti (720 MHz əvəzinə 1 GHz), artırılmış RAM yaddaşı (256 Mb əvəzinə 512 Mb), Ethernet RJ-45 konnektoru və 4 portlu USB-xab. Həmçinin yeni lövhədə daimi yaddaş yoxdur, buna görədə ƏS və istifadəçinin məlumatlarını xarici yaddaş qurğusu olan microSD -kartda saxlamaq lazımdır.
Xarakteristika
[redaktə | mənbəni redaktə et]С4 reviziyası
[redaktə | mənbəni redaktə et]- Çip üzərinə çip (Mərkəzi Prosessor/Yaddaş)
- Prosessor TI OMAP3530 — 720 MHz ARM Cortex-A8 nüvəli
- MSP TMS320C64x+ — 520 MHz, 720p @ 30 fps qədər video-məlumatların emalı
- PowerVR SGX qrafik prosessor
- OYQ — 256 MB LPDDR
- 256 MB NAND FLASH
- Periferiya konnektorları
- DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel)
- S-Video
- USB OTG (mini AB)
- USB
- SD/MMC
- 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış
- RS-232
- JTAG
- 5 V qida bloku üçün konnektor yeri
- Developerlər üçün məlumat
xM reviziyası
[redaktə | mənbəni redaktə et]- Çip üzərinə sistem (Mərkəzi Prosessor/Yaddaş)
- Prosessor TI DM3730 — 1 GHz ARM Cortex-A8 nüvəli
- MSP TMS320C64x+ — 800 MHz, 720p @ 30 fps qədər videoməlumatların emalı
- PowerVR SGX qrafik prosessor
- OYQ — 512 MB LPDDR
- 4 GB -lıq microSD kartı Angstrom Linux ƏS ilə birgə
- Periferiya konnektorları
- DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel)
- S-Video
- USB OTG (mini AB)
- 4 USB port
- microSD/MMC kartları üçün qoşqu yerı
- 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış
- Kamera qoşmaq üçün qoşqu yeri
- Əlavələr slotu
- Ethernet RJ-45
- RS-232
- JTAG
- 5 V qida bloku üçün konnektor yeri
Oxşar lövhələr
[redaktə | mənbəni redaktə et]- IGEPv2 — daha böyuk ölçülü lövhə, daha çox RAM, Bluetooth, Wi-Fi, USB Host, Ethernet və microSD.
- ICETEK Mini Board
- Embest DevKit8000
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ BeagleBoard page Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine at elinux.org, referenced 2011-05-12