Robert Fogel
Robert Fogel | |
---|---|
ing. Robert William Fogel | |
Doğum adı | Robert William Fogel |
Doğum tarixi | |
Doğum yeri | Nyu York ABŞ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | İllinoys ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahələri | iqtisadi tarix, yeni iqtisadi tarix |
İş yerləri | Con Hopkins Universiteti, Roçester Universiteti, Çikaqo Universiteti |
Təhsili | |
Elmi rəhbərləri | Saymon Kuznes |
Tanınır | iqtisadi tarix, yeni iqtisadi tarix |
Üzvlüyü | |
Mükafatları | İqtisadiyyat üzrə Nobel mükafatı (1993) |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Fogel (ing. Robert William Fogel; d. 1 iyul 1926 - ö. 11 iyun 2013) — amerikalı iqtisadçı. İqtisadi tarix və yeni iqtisadi tarixlə bağlı tədqiqatları ilə tanınır. 1993-cü ildə Duqlas Nortla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar".
Həyatı
[redaktə | vikimətni redaktə et]Robert Fogel Nyu York şəhərində rus-yəhudi əsilli ailənin övladı kimi anadan olub. Robert Fogel 1944-cü ildə məşhur məktəb olan Stuyvesent Yüksək Məktəbindən məzun oldu.[2] Sonra Kornell Universitetinə daxil olaraq burada tarix üzrə təhsil alıb. Həmin illərdə Gənc Amerikan Demokratlar birliyinin universitet yataqxanasında olan üzvlərinin rəhbəri olub. 1948-ci ildə məzun olduqdan sonra Kommunist partiyasının peşəkar təşkilatçısı oldu. 1960-cı ildə Kolumbiya Universitetində magistr, 1963-cü ildə isə Con Hopkins Universitetində doktorluq dərəcəsinə yüksəlir. Robert Fogel Con Hopkins Universitetində (1958-1959), Roçester Universitetində (1960-1965; 1968-1975), Çikaqo Universitetində (1964-1975; 1981) və Harvard Universitetində (1975-1981) mühazirələr dedi.
Robert Fogel İnid Kassandra Morqanla 1949-cu ildə evləmiş, 2 övlad sahibi olmuşdu.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- The Union Pacific Railroad: A Case in Premature Enterprise, 1960.
- Railroads and American Economic Growth: Essays in Econometric History, 1964.
- Time on the Cross: The Economics of American Negro Slavery, 2 volumes, 1974. (Stenli İnqermanla birlikdə)
- Without Consent or Contract: The Rise and Fall of American Slavery, 2 volumes, 1989.
- Economic Growth, Population Theory and Physiology: The Bearings of Long-Term Processes on the Making of Economic Policy, 1994.
- The Slavery Debates, 1952-1990: A Retrospective . Baton Rouge: Louisiana State University Press, 2003. 106 pp. ISBN 0-8071-2881-3.
- The Fourth Great Awakening and the Future of Egalitarianism Chicago: University of Chicago Press, 2002
- The Escape from Hunger and Premature Death, 1700-2100: Europe, America, and the Third World. New York: Cambridge University Press, 2004. 189pp. ISBN 0-521-80878-2.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Robert Fogel haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Robert Fogel haqqında məlumatlar
- Robert Fogelin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
- Robert Fogelin müsahibəsi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ Lydialyle Gibson. The human equation. The University of Chicago Magazine. University of Chicago, May/June, 2007. 99/5.
- 1 iyulda doğulanlar
- 1926-cı ildə doğulanlar
- 86 yaşında vəfat edənlər
- 11 iyunda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- Kolumbiya Universitetinin məzunları
- Cons Hopkins Universitetinin məzunları
- Kornell Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları