Gennadi Brijatyuk
Gennadi Brijatyuk | |
---|---|
rus. Геннадий Демьянович Брижатюк | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | Rus |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Bakı Rəssamlıq Məktəbi |
Stil | Sosialist realizm |
Təsirlənib | Abşeron rəssamlıq məktəbi |
Mükafatları |
Gennadi Brijatyuk (rus. Геннадий Демьянович Брижатюк; 30 yanvar 1935, Gəncə – 11 iyul 2008, Bakı) — rusəsilli Azərbaycan rəssamı. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adını almışdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Moskvanın Rəssamlar İttifaqı, Rusiyanın Mədəniyyət Nazirliyi, Bakının, Fransanın, Türkiyənin qalereyalarında, Azərbaycan və dünya ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Gennadi Demyanoviç Brijatyuk 1935-ci ilin 1 yanvar tarixində Gəncə şəhərində anadan olub. Bakıda yerləşən Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini dörd dəfə ara verməklə səkkiz ilə tamamlamışdır. Rəssamlıq təhsilinə qarşı məsuliyyəsiz yanaşması səbəbindən bəzi tənqidçilər Gennadi Brijatyukun üslubunu Sosialist realizm olduğunu qeyd edirlər.[1]
Rəssamlıq fəaliyyətinə 1940–50-ci illərdən etibarən başlamışdır. Rəssam ilk başlarda sevgi səhnələrini və xüsusilə gül təsvirlərini çəkməyə başlayır. Gül təsvirlərinin arasında buket rəsmləri xüsusi yer tutur. Rəsmlərində peyzaj təsvirlərinə geniş yer vermişdir. Peyzaj təsvirlərindən ən yaxşıları Abşeronla bağlıdır. Rəssamın özü də Abşeron rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur.[1]
Brijatyukun fəaliyyəti ərzində nə qədər rəsm əsəri çəkdiyi məlum deyil. Rəsmləri sayı, rəssamın yaxınları və məsləkdaşları tərəfindən belə dəqiq bilinmir. Əsərləri müxtəlif muzeylərdən tutmuş, şəxsi kolleksiyalara qədər yayılmışdır. Bəzi tablolar Bakı şəhərində yerləşən Azərbaycan Milli İncəsənət Muzeyində, bəziləri isə Moskva şəhərində yerləşən Azərbaycanın Rusiya səfirliyində saxlanılır.
Rəssamın xaricə səfər etməməsinə baxmayaraq, bəzi əsərləri Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Fransa, İtaliya, Türkiyə və Almaniyada şəxsi kolleksiyalarda saxlanılır. Bu baxımdan daha çox əsərin Fransada[1] olduğu ehtimal edilməkdədir.
Şəxsi kolleksiyalarda saxlanılan rəsmlərin əhəmiyyətli bir hissəsi də Azərbaycandadır. Məlum olan ən böyük kolleksiya fotoqrafiya üzrə professor Hüseyn Hüseynzadənin kolleksiyasıdır. Rəssamla şəxsi tanışlığı olan Hüseyn Hüseynzadə 40 il ərzində 300-dən çox tablonu əldə edə bilmişdir.[1]
Brijatyuk rəssamlıqla yanaşı şeir də yazmış, ancaq şeirlərini heç bir zaman nəşr edirməmişdir.[1] Azərbaycan Respublikasının 1-ci prezidenti, Ayaz Mütəllibovun 1992-ci il 4 mart tarixli 604 nömrəli sərəncamı ilə Gennadi Demyanoviç Brijatyuk Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adı verilmişdir.[2] Rəssam həyatının son illərini Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Şeyx Şamil küçələrinin kəsişməsində yerləşən şəxsi emalatxanasında yaşamışdır. 2008-ci ilin 11 iyun tarixində öz evində vəfat etmişdir.[3]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Qızılgüllər
-
Güllər
-
Qadın portreti
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Геннадий Демьянович Брижатюк (1935–2008) // Азербайджанский конгресс. № 34 (423). — 2015. — 18 sentyabr.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.gov.az. 1992. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.
- ↑ Баннаева Н. Одиночество пьяных роз (PDF) // Азербайджанские известия. — 2008. — 13 avqust. — 3.
- 30 yanvarda doğulanlar
- 1935-ci ildə doğulanlar
- 73 yaşında vəfat edənlər
- 11 iyunda vəfat edənlər
- 2008-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının xalq rəssamları
- Əlifba sırasına görə rəssamlar
- Gəncədə doğulanlar
- 11 iyulda vəfat edənlər
- Bakıda vəfat edənlər
- SSRİ rəssamları
- Azərbaycan rəssamları
- Azərbaycan rusları