Gülüstan (Goranboy)
Kənd | |
Gülüstan | |
---|---|
40°21′30″ şm. e. 46°34′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 22 |
Vikianbarda əlaqəli mediafayllar |
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb.
Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib.[2] Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövrlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[3]
Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır.[4] 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.[5]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.[6]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanmışdır.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]İqlimi yarım səhra, quru və isti, qışı mülayim keçir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]1 yanvar 1933-cü il tarixində Gülüstan qəsəbəsində 165 təsərrüfatda 981 nəfər yaşayırdı, onların 99,3%-i (975 nəfər) ermənilər idi.[7]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Goranboydan gəlirəm..." 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları[ölü keçid]
- ↑ "Məşhur Gülüstan kəndi bu gün - FOTO". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ Yunus, Büllurə. "Ordumuzun zəfəri: 5 il öncə nələr baş vermişdi?". Axar.Az (az.). 2 aprel 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan SSR İnzibati bölgüsü. Bakı: Azərbaycan Xalq Təsərrüfatı uçotu İdarəsi. 1933. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Məşhur Gülüstan kəndi bu gün - FOTO
- 1992. Goranboy. Gülüstan kəndi. Təslim olan erməni əsgəri öz döyüşçü yoldaşlarını satır
- Ermənilər məşhur Gülüstan kəndi istiqamətindən VİDEO yaydılar
- Goranboy rayonu. Gülüstan kəndi (2007)
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |