Fumiko Hayaşi
Fumiko Hayaşi | |
---|---|
yap. 林芙美子 | |
Doğum tarixi | 31 dekabr 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 1951[2] (47 yaşında) və ya 28 iyun 1951[1] (47 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | romançı, şair, yazıçı, ssenarist |
Fəaliyyət illəri | 1928-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Fumiko Hayaşi (yap. 林 芙美子; 31 dekabr 1903[1], Şimonoseki, Yamaquçi prefekturası[3] – 29 iyun 1951[2] və ya 28 iyun 1951[1], Tokio[d]) – Yaponiya yazıçısı və şairi. 48 yaşında ölsə də, ədəbi karyerası müddətində 30.000-dan çox səhifə və 278 kitab yazmışdır. XX əsrin ən uğurlu yapon qadın yazıçısı hesab olunur. Bir çox romanı bestseller olmuş, bəziləri əsasında filmlər çəkilmişdir.[4]
Həyatı
[redaktə | vikimətni redaktə et]1903-cü ildə Yamaquçi prefekturasının Şimonoseki şəhərində anadan olub. Anası Kikunun bir neçə kişidən uşağı olub və Fumiko onun qeyri-leqal uşaqlarından biri idi. Buna baxmayaraq, Fumiko anası ilə səmimi münasibət saxlayıb.[5]
Yazıçı kimi tanınmamışdan qabaq yoxsulluq içərisində yaşayıb, fabrikdə fəhlə, evdə xidmətçi kimi işlərdə işləyib. Sonda 1922-ci ildə Tokioya köçüb. Burada tanış olduğu və qısa müddət birlikdə yaşadığı sevgilisi tərəfindən aldadıldıqdan sonra qadın ofisiant, satıcı və digər işlərdə işləməli olub. 1926-cı ildə rəssam Ryokutoşi Tezuka ilə tanış olaraq onunla evlənib. 1951-ci ildə ölüb.[5]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Qadın yazıçıları hədəf alan "Nyonin geijutsu" jurnalının redaktoru tərəfindən ziyarət olunduqdan sonra ilk uğurlarını qazanmağa başlayıb. Deyilənə görə Hayaşi o qədər yoxsul idi ki, redaktoru hamam paltarı ilə qarşılamalı olmuşdu, çünki evindəki yeganə paltar o idi. Hayaşinin jurnal redaktoruna 1928-ci ildə təqdim etdiyi "Avaranın gündəliyi" hekayəsi 600 min nüsxə satıb və ölkədə yazıçı kimi tanınmağa başlayıb.[5]
Anası Kikunun qızına böyük təsiri olub və hətta əsərlərində də bunu əks etdirib. Bundan əlavə, yoxsulluq illərində yaşadığı təcrübələrindən daha sonra yazıçılıq karyerasında istifadə etmişdi. 1948-ci ildə nəşr olunan "Şəhər mərkəzi" adlı hekayəsi bunun bir nümunəsidir.[5]
1931-ci ildə "Yoxsulluq qeydləri" adlı avtobioqrafik əsəri də uğurlu olub. Əsərdə Tezuka ilə olan həyatından səhnələrə də yer verib. 1935-ci ildə "İstridyə" və "İbis" kimi hekayələri də nəşr olunub.[6]
Evlənməsinə baxmayaraq, Hayaşi səyahət sevgisindən heç vaxt əl çəkə bilməyib. Avropa, Çin və Cənub-Şərqi Asiyaya uzun səyahətlər edib. 1941-ci ildə "Mainichi" qəzetinin əməkdaşı kimi Mancuriyaya səyahət edib və ordakı əsgərlər görüşüb və cəbhədən xəbərlər gətirib. Daha sonra bu səyahətində yaşadığı təcrübələr əsasında 1949-51-ci illərdə "Uçan bulud" adlı hərbi roman yazıb. 1948-ci ildə digər əsas romanı olan "Qoca payızgülü" romanı nəşr olunub. Yaşlanmış bir geyşanın izolyasiya şəraitində yaşamasından və keçmiş sevgililərindən birini qəbul etməsindən bəhs edən bu romana görə 1949-cu ildə Qadınların Ədəbi Mükafatına layiq görülüb.[6]
Əsərləri
[redaktə | vikimətni redaktə et]Romanlar və hekayələr
[redaktə | vikimətni redaktə et]- Uçan bulud (1951)
- Avaranın gündəliyi (1930)
- Yoxsulluq qeydləri (1933)
- Qoca payızgülü (1952–1957)
- Sümüklər (1949)
- Şəhər mərkəzi (1948)
Poemalar
[redaktə | vikimətni redaktə et]- Ümidsizlik mahnısı
- Evə qayıdış
- Lord Budda
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 4 The Fine Art Archive. 2003.
- ↑ Yuxarıda get: 1 2 Deutsche Nationalbibliothek Record #118954563 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Yuxarıda get: 1 2 http://www.britannica.com/EBchecked/topic/257686/Hayashi-Fumiko.
- ↑ Lewell, 1993. səh. 95
- ↑ Yuxarıda get: 1 2 3 4 Lewell, 1993. səh. 96
- ↑ Yuxarıda get: 1 2 Lewell, 1993. səh. 97
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Lewell, John. Modern Japanese Novelists (ingiliscə). Kodansha America. 1993. 73–79. ISBN 4-7700-1649-2. İstifadə tarixi: 16 fevral 2021.