Aşıq İmran
Aşıq İmran | |
---|---|
İmran Həsənov | |
Doğum tarixi | 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1999 |
Fəaliyyəti | şair |
Mükafatları |
|
Aşıq İmran (tam adı:İmran Mehralı oğlu Həsənov; 1928, Ağbulaq – 15 dekabr 1999) — Azərbaycanın ustad aşığı;[1] Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 7 aşıq havasının yaradıcısı, 12 aşığa ustadlıq etmiş, uzun illər Tovuz rayonunda Aşıqlar ansamblının rəhbəri.
Həyatı
[redaktə | vikimətni redaktə et]İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub, sonradan Tovuz rayonunda yaşayıb.[2]
Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir.[3]
Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər.
1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı, 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansamblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom, 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir.
1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.[4]
Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olan Aşıq İmran bir sıra ölkələrdə beynəlxalq festivallarda iştirak edərək vətənə mükafatla qayıdıb.
Klassik aşıq yaradıcılığının mahir bilicisi olan Aşıq İmran həm də bədii yaradıcılıqla məşğul olub. Yubiley ərəfəsində onun "Sənətimin sultanıyam" adlı şeirlər kitabı da işıq üzü görüb.
Aşıq İmran Həsənov 15 dekabr 1999-cu ildə vəfat etmişdir.
2013-cü il noyabrın 4-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan klassik aşıq sənətinin son nəhənglərindən biri olan, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd edilmişdir[5].
Sənəti
[redaktə | vikimətni redaktə et]Gənc yaşlarından aşıqlıq sənətinə meyil etmiş və bu sənətin sirlərini əmisi aşıq Dünyamalıdan, Gədəbəyli Aşıq Hüseyn Quliyevdən, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq Hüseyn Dəmirçidən öyrənmiş, habelə, 1950-ci ildən Tovuz rayonuna köçərək ustad aşıqlar — Aşıq Əsəd və Mirzədən bəhrələnmişdir.
Zil tembrli səsə malik olduğuna görə ona "Koroglu aşığı" deyirdilər.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]7 aşıq havasının yaradıcısı, 2 şerlər kitabının müəllifi olmuşdur, 12 aşıga ustadlıq etmiş, uzun illər yaşayıb-yaratdığı Tovuz rayonunda Aşıqlar ansanblının rəhbəri olmuşdur.[6]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1956-cı ildə Bakı şəhərində keçirilmiş Ümumrespublika müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı
- 1957-ci ildə Moskvada keçirilmiş Ümumittifaq müsabiqəsinin qalibi, 1-ci dərəcəli diplom və qızıl medalı
- 1957-ci ildə Moskvada keçirilmiş tələbə və gənclərin 6-cı Ümumdünya festivalında rəhbərlik etdiyi Aşıqlar ansanblı ilə birlikdə qalib gələrək qızıl medal və 1-ci dərəcəli diplom
- 1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın mədəniyyəti və incəsənətinin ongünlüyündə dəyərli iştirakina görə "Şərəf nişanı" ordeni və Fəxri Fərmanla təltif edilmişdir.
- 1967-ci Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyi xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Məhərrəm Hüseynli, AIIQ İMRANIN AŞIQ MUSA İLƏ GÖRÜŞÜ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
- ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- ↑ Sarıyeva, İ. "Qarabağ dastanın"da Qarabağın başına gələn bəlaları yazan Aşıq İmran Həsənov: Həsənov İmran Mehralı oğlu – 85 //Ozan dünyası. — 2014.-№ 1.-S.68–74.
- ↑ Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 130.
- ↑ "İradə SARIYEVA, "Koroğlu aşığı" aşıq İmran Həsənovun 85 illik yubileyi qeyd olunub. Bakı-Xəbər saytı". 2013-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-09.
- ↑ "Aşıqlarımızın yaradıcılığından: Aşıq İmran Həsənov". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-09.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Dəli Koroğlu
- Aşıq İmran "Dəli Koroğlu"
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
- 1928-ci ildə doğulanlar
- Ağbulaqda doğulanlar (Göyçə)
- 15 dekabrda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Göyçə aşıqları
- Azərbaycan aşıqları
- Azərbaycanlı aşıqlar
- Azərbaycanlı şairlər
- Azərbaycan şairləri
- Göyçədə doğulanlar