Hələbcə şəhərinə zəhərli qaz hücumu
Naviqasiyaya keç
Axtarışa keç
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir.
1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Həmçinin bax
Xarici keçidlər
- Halabja gas attack and the Al-Anfal campaign, Human Rights Watch report, 11 March 1991
- The 1988 Chemical Weapons Attack on Halabja, Iraq Arxivləşdirilib 2011-07-16 at the Wayback Machine by Christine M. Gosden, Professor of Medical Genetics, University of Liverpool, 2001
- Rumsfeld should know: Who minded Iraqi mustard gas in 1983?, International Herald Tribune, 29 November 2002
- Gas attack town cries out for vengeance Arxivləşdirilib 2008-03-19 at the Wayback Machine, The Telegraph, 20/02/2003
Vikianbarda Hələbcə şəhərinə zəhərli qaz hücumu ilə əlaqəli mediafayllar var.