Riçard Şrok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Riçard Şrok
Doğum tarixi 4 yanvar 1945(1945-01-04)[1][2][…] (79 yaş)
Elm sahəsi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Şrok — (İngiliscə: Richard Royce Schrock, 4 yanvar 1945-ci ildə Bern, İndiana, ABŞ ştatında anadan olub),[7][8]- amerikalı kimyaçı, 2005-ci ildə "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" kimya üzrə Nobel mükafatı laureatı (Robert Qrabbs və İv Şoven ilə birlikdə).[9]

ABŞ Milli Elmlər Akademiyasının üzvü (1992 il),[10] London Kral Cəmiyyətinin xarici üzvü (2008 il).[11]

Riçard Şrok 4 yanvar 1945-ci ildə ABŞ-ın İndiana ştatının Bern şəhərində anadan olub. Kaliforniyanın San Dieqo şəhərində Mission Bay Liseyində oxuyub.[12] O, bakalavr dərəcəsini 1967-ci ildə Riversayd Kaliforniya Universitetində, və Con Osbornenin rəhbərliyi altında fəlsəfə doktoru (PhD) dərəcəsini 1971-ci ildə Harvard Universitetində almışdır. Sonra o, Kembricdə Lord Lyuislə birlikdə çalışmağa başladı. 1975-ci ildən isə Massaçusets Texnologiya İnstitutunda işləyir və 1980-ci ildən kimya professorudur.

Riçard Şrok Amerika İncəsənət və Elmlər Akademiyasının və Milli Elmlər Akademiyasının üzvüdür və 2007-ci ildən Harvard Universitetinin Nəzarətçilər Şurasına seçilib. Riçard Şrok Patentli metatez katalizatorunun inkişafı və tətbiqinə diqqət yetirən İsveçrə şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü.

Sent-Endryussko Universitetinin fəxri doktorudur (2013).[13]

Riçard Şrok 1971-ci ildə Nensi Karlsonla evlənib və bu evlilikdən Endryu və Erik adlı iki övladı var. Ailəsi Massaçusets ştatının Vinçester şəhərində yaşayır.

Nobel mükafatı

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Riçard Şrok, üzvi sintez üsulu olan olefin metatezi üzərində işlərinə görə kimya üzrə Nobel mükafatı aldı və onu Robert Qrabbsİv Şoven ilə bölüşdü. "Qara qutu" adlanan olefin metatez katalizatorlarının quruluşunu və mexanizmini ilk dəfə izah edən Riçard Şrok oldu.[14]

Sosial həyatı

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[15][16][17]

  1. Richard R. Schrock // Encyclopædia Britannica (ing.).
  2. Richard R. Schrock // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://schrockgroup.mit.edu/about-richard-r-schrock.
  4. 1 2 https://www.nobelprize.org/prizes/chemistry/2005/schrock/biographical/.
  5. 1 2 www.nasonline.org (ing.).
  6. 1 2 https://www.amacad.org/person/richard-royce-schrock.
  7. Richard R. Schrock // Encyclopædia Britannica (англ.)
  8. Richard R. Schrock // Brockhaus Enzyklopädie (нем.)
  9. The Nobel Prize in Chemistry 2005 (англ.). Дата обращения: 8 октября 2009. Архивировано из оригинала 14 сентября 2009 года.
  10. Richard R. Schrock Архивная копия от 14 сентября 2018 на Wayback Machine  (англ.)
  11. Richard Schrock  (англ.)
  12. "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
  13. 2013 | Laureation address — Professor Richard Schrock | University of St Andrews. Дата обращения: 11 июля 2016. Архивировано из оригинала 19 августа 2016 года.
  14. "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
  15. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  16. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  17. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  18. "Arxivlənmiş surət". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.