Paqan krallığı
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Krallıq | |
Paqan krallığı | |
---|---|
|
|
Paytaxt | Paqan |
Dövlət dini | buddizm |
İdarəetmə forması | monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Paqan krallığı (Birma dilində: ပုဂံခေတ်, tələffüzü [bəɡàɴ kʰɪʔ] - Birma ərazisində 849–1287-ci illərdə mövcud olmuş dövlət.
Tarixi
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə mövcud olmuş bu Birma dövləti 1044-cü ildə yaradılmış və 1287-ci ilə qədər mövcud olmuşdur. Oun paytaxtı eyni adlı şəhər- Paqan olmuşdur. Paqan ilk Myanma dövləti idi ki, bütün Myanma ərazisini vahid dövlət şəklində birləşdirməyə nail olmuşdur. Məhz bu dövlətin mövcud olduğu dövrdə Birma yazısı, incəsənəti, ədəbiyyatı və memarlığı yarandı. Çin ərazisindən və digər ərazilərdən Birmaya məcburi və qeyri-məcburi miqrasiya edən tayfalar tədricən yerli xalqları sıxışdırmağa başladılar. Beləliklə, uzun müddət Birmada tayfalar arasında hakimlik uğrunda mübarizə aparılmışdır. 1044-cü ildə Paqon dövlətinin yaradıcısı Anorat bu mübarizədə qalib çıxdı. Anoratın hakimiyyəti dövründə (1044-1071) Paqon dövləti bütün Birmanı öz hakimiyyəti altında birləşdirərək Cənub-Şərqi Asiyada ən qüdrətli dövlətə çevrilmişdi. Lakin XIII əsrdə Birma-Mon ziddiyyətləri baş qaldırdı. Dağlı tayfaları tez-tez basqınlar təşkil etdi. Əyanlarla ruhanilər arasında mübarizə daha da gərginləşdi. Buddizmə qarşı çıxışlar təşkil edildi. 1283-cü ildə monqolların dağıdıcı yürüşləri bu dövlətin süqutunu tezləşdirdi və ölkədə feodal pərakəndəliyi baş verdi.
Paqan krallığının yavaş-yavaş deqradasiyaya uğramasının sonunu monqol imperiyası - Yuan imperiyası qoydu. Bu imperiya tərəfindən Paqan dövlətinə bir neçə hücum oldu. 1277-ci ildə birmalılar monqol qoşunları tərəfindən ilk dəfə ağır məğlubiyyətə düçar oldular. 1287-ci ildə isə bu dövlət tamamilə darmadağın edilərək parçalara bölündü. Paqanı ələ keçirən yuan qoşunları taxta öz adamlarını oturdub orada qarnizon yerləşdirərək Myanmanı tərk etdilər. Tezliklə şan qoşunları işağlçıları İravadi vadisindən qovdular. Lakin Paqan dövləti yenidən var olmadı. Doğrudur formal olaraq Paqan dövləti bir müddət mövcud olsa da faktiki olaraq artıq mövcud deyildi. Nəticədə faktiki olaraq 1287-ci ildə Birmanın cənubunda Pequ dövləti yaradıldı. XIV-XV əsrlərdə Birmada Ava və Pequ knyazlıqları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Uzun müddətli mübarizədən sonra Taunqu knyazlığı bu hərbi-siyasi mübarizədə qalib çıxdılar və Birmanı birləşdirdilər. Lakin bu birlik uzun müddət davam etmədi və ölkə feodal mülklərinə parçalandı.[1][2]
Hökmdarlarının siyahısı
[redaktə | mənbəni redaktə et]Adı | Hakimiyyət illəri |
---|---|
Anoratxa | 1044—1077 |
Solu | 1077—1084 |
Çanzita | 1084—1112 |
Аlaunqsitu | 1112—1167 |
Naratu | 1167—1170 |
Narteynkxa | 1170—1173 |
Narapatisitu | 1173—1211 |
Nantaunqmya | 1211—1234 |
Çasva | 1234—1250 |
Uzana | 1250—1254 |
Naratixapate | 1254—1287[2] |