Maritz üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

On iki il əvvəl İkinci Boer müharibəsinin sonunda köhnə Boer döyüşçülərindən sülh şərtlərinə əməl edəcəklərinə dair əhd imzalamaları tələb olundu. Deneyz Reyts kimi bəzi üsyançılar bu tələbdən imtina etdilər və Cənubi Afrikadan sürgün edildilər. Sonrakı onillikdə bir-çox insanlar geri qayıtdılar və onların bir-çoxu qayıtdıqdan sonra əhd imzalamadılar. İkinci Boer müharibəsinin sonunda sona qədər mübarizə aparan Boerlər "Bittereinders" (acıya adanmışlar) kimi tanındılar. Boer və ya Beş şillinq üsyanı kimi də bilinən Maritz üsyanı,1914-cü ildə(Birinci Dünya müharibəsinin əvvəllərində)Cənubi Afrika Cümhuriyyətinin yenidən qurulmasını dəstəkləyən Boerlərin rəhbərliyi altında Cənubi Afrikada baş vermiş silahlı üsyan olmuşdur. Hökumətin bir-çox üzvləri on iki il əvvəl başa çatmış İkinci Boer müharibəsində ingilislərə qarşı Maritz üsyançıları ilə birgə mübarizə aparan köhnə Boerlər idi. Üsyan uğursuzluqla nəticələndi və üsyan başçıları ağır həbs cəzasına məhkum olundular.

Birlik Müdafiə Qüvvələri Komandiri, general-mayor Kristian Frederik Beyers Cənubi lAfrika hökumətinin hücum əməliyyatları aparma qərarına qarşı çıxdı. O,1914-cü il sentyabrın 15-də səlahiyyətlərindən imtina edərək qeyd edirdi:-"Müharibənin almanların "barbarlığına" qarşı davam etdirilməsi çox üzücüdür. Biz Cənubi Afrikadakı müharibə dövründə baş verən qəddarlıqları bağışladıq, amma unutmadıq". Bununla o, Boer müharibəsi dövründə baş vermiş qəddarlıqları xatırlatmağa çalışmışdı. Bu məsələyə dair hökuməti məclisdə dəstəkləməyi rədd edən namizəd senator General Koos de la Rey də Beyers ilə birləşdi. Sentyabrın 15-də onlar təlimini bitirmiş, böyük cəbhəxanası və 2000 nəfərlik orduya sahib olan Potchefstroom -dakı Mayor JCG (Jan)Kemp-i ziyarət etmək üçün yola çıxdılar. Baxmayaraq ki, onların ziyarətlərinin məqsədi bilinmirdi, Cənubi Afrika hökuməti bunun üsyan məqsədli olduğuna inandı. General Beyersin sözlərinə görə onların məqsədi hökumətin hərəkətlərinə etiraz olaraq aparıcı ordu zabitlərinin eyni vaxtda istefası planlarını müzakirə etmək idi. İclasa gedən zaman De La Reyin avtomobili Foster mafiyasını axtarmaq üçün qurulan yolda bir polis tərəfindən güllələndi. De La Rey vuruldu və öldürüldü. Ancaq De La Reyin cənazəsində bir-çox milliyyətçilər bəzi şayiələrə inanaraq qeyd edirdilər ki, hökumət tərəfindən ona sui-qəsd edilmişdir. Almaniyanın Cənub-Qərbi Afrika sərhədinin Birlik qüvvələri komandosunun başçısı olan General Maritz almanlarla birləşdi. Daha sonra o, müvəqqəti hökumət adından bəyannamə yaydı. O, keçmiş Cənubi Afrika Cümhuriyyəti ilə yanaşı Afrikanın Keyp bölgəsi və Natalın ingilislərin nəzarətindən azad olduqlarını və müstəqilliklərini bəyan etdi. Generaller Beyers, De Wet, Maritz, Kemp və Bezuidenhout'un bu müvəqqəti hökumətin ilk liderləri olduqları açıqlandı. Maritz qüvvələri Upington ərazisindəki Keimoes'u işğal etdi. General De Wetin idarəçiliyi altında Lydenburg komandiri Heilbron qəsəbəsini ələ keçirtdi. Bölgənin görkəmli vətəndaşlarından bəziləri ona qoşuldu və həftəsonunda o,3000 nəfərlik orduya sahib oldu. Beyers həmçinin Maqalisberq də də xeyli qüvvə toplayaraq orduya 12000 üsyançı yığmağa nail oldu. Hökumət 1914-cü il oktyabrın 12-də hərbi vəziyyət elan etdi və General Lui Bite və Jan Smutsun əmri ilə hökumətə sadiq qüvvələr üsyanı məhv etməyə başladılar. General Maritz 24 oktyabrda məğlub oldu və Almanlara sığındı. Beyers 28 oktyabrda hücumuna məruz qaldı və sonradan qüvvələrini Kemplə birləşdirdi. Lakin o, dekabrın 8-də Vaal çayında boğularaq öldü. General De Wet 1 dekabr 1914-cü ildə Bechuanalandda, 52 nəfərlik Waterbury adlı bir fermada ələ keçirildi. Tutulduğu zaman etdiyi şərh: "Şükürlər olsun ki, məni əsir edən ingilis deyil"-olmuşdu. General Kemp, Qalahari çölündə komandanlıq etdiyi orduda 800-dən çox adamın və atların bir hissəsini 1,100 km uzunluğunda bir aylıq səfərində itirərək, Maritzə qayıtdı, lakin təxminən bir həftə sonra geri döndü və 4 fevral 1915-ci ildə təslim oldu.

Üsyanın nəticəsi

[redaktə | mənbəni redaktə et]

Maritz üsyanı yatırıldıqdan sonra Cənubi Afrika ordusu hərbi əməliyyatlarını Alman Cənub-Şərqi Afrikasında davam etdirdi və 1915-ci ildə həmin əraziləri fəth etdi.1916-cı ildə İrlandiyada baş vermiş "Pasxa yüksəlişi" başçılarınin taleyilə müqayisədə aparıcı Boer üsyançıları 6–7 il həbs kimi nisbətən daha yüngül cəzalar aldılar. İki il sonra isə üsyançılar azadlığa buraxıldılar, çünki Luis Botha sülh anlaşmasını qəbul etdi. Qeydədəyər bir istisna kimi Müdafiə Qüvvələri zabiti Joupie Fourie üsyana qoşulmazdan əvvəl istefa etməmişdi və edam olunmuşdu.

[1]

  1. Vikipediya-ingilis dilindən tərcümə