Hetera
Hetera (yun. ἑταίρα — rəfiqə) — Qədim Yunanıstanda sərbəst həyat tərzi sürən[1], və ya fahişə. İlk əvvəllər kənizlər arasından, sonra isə həm də azad qadınlardan olurdu[2][3] Məşhur heteralar həm də yaxşı təhsilli idilər[4].
Əvvəlcə bu termin Qədim Yunanıstana aid edilirdi, daha sonra isə digər mədəniyyətlərə də ümumiləşdirildi.
Qədim Yunanıstan heteraları
[redaktə | vikimətni redaktə et]E. ə. VII əsrdə Yunanıstanda Yaponiyadakı geyşalara bənzər qadınlar mövcud idi, onlar təkcə seksual xidmət göstərməklə kifayətlənmirdilər, həm də onlarla intellektual söhbət aparmaq olurdu. Heteralar yaxşı təhsilli və ağıllı qadınlar idi, onlar öz dövrünün tanınmış xadimləri ilə yaxınlıq edirdilər. Heteralar fahişələrlə “pornayi” səhv salınmamalıdır. Onların sosial statusu yüksək idi.
Heteralar kişiləri əyləndirir, həmdərd olur və onların biliklərini zənginləşdiridi. Yunanıstanın tanınmış yazıçısı Lukian öz dövrünün adətlərini ələ salır və heteraları vulqar zinakarlar kimi ifşa edirdisə də, hetera xoşuna gəlməyən kişi ilə yaxınlıqdan imtina edə bilərdi.
Afinada Keramik adlı xüsusi lövhə (bəzi məlumatlara görə, təkliflər yazılmış divar) var idi. Kişilər burada heteralara görüş üçün təkliflərini yazırdılar. Əgər hetera razılaşırdısa, onda təklifin altından görüşün vaxtını yazırdı.
Qədim Yunanıstanın tanınmış
[redaktə | vikimətni redaktə et]- Arxenassa — Platonun rəfiqəsi
- Aspaziya — Periklin arvadı
- Belistixa — firon II Ptolemeyin heterası, ona Misirdə ilahə kimi sitayiş edirdilər
- Vakhis — natiq Hiperidin məşuqəsi,
- Herpilis — Aristotelin məşuqəsi və onun oğlunun atnası
- Qlikeriya — komediyant Menandrın məşuqəsi
- Qnatena — ağlı və natiqliyi ilə şöhrət qazanmışdı, şair Difilin məşuqəsi
- Kleonissa — dövrümüzədək gəlib-çatmamış bir neçə fəlsəfi traktatın müəllifi
- Laqiska — Natiqlər İsokrat və Demosfenin məşuqəsi
- Korinfli Laisa— filosof Aristippin məşuqəsi
- Siciliyalı Laisa— rəssam Apellesin modeli, məbbədə öldürülüb
- Letala — Lamalionun məşuqəsi
- Leena — Harmodi və Aristohitonun sui-qəsdini ələ verməmək üçün öz dilini qoparmışdır, buna görə ona heykəl ucaltmışdılar
- Maniya — Belinin incəliyinə görə ona arı deyirdilər
- Meqalostrata — şair Alkmanın muzası
- Menateira — natiq Lisinin rəfiqəsi
- Neera — onun əleyhinə Demosfen məhkəmədə nitq
- Nikareta— Korinfdəki məşhur hetera məktəbinin banisi
- Piqareta — filisof Stilponun məşuqəsi, özü riyaziyyatçı idi
- Pitionisa — İsgəndərin Babil valisi Harpalın məşuqəsi
- Safo — şairə, hetera məktəbində oxusa da hetera olmamışdır
- Afinalı Tais — Makedoniyalı İsgəndərin məşuqəsi və firon I Ptolemeyin arvadı
- Targeliya— vətənini Kserksə satmaqdan imtina edib. Plutarxın yazdığına görə demək olar ki, bütün yunan sərkərdələrinin məşuqəsi olub və öz alı və gözəlliyi ilə Fessaliya şahbanusu olub
- Teodetta — Alkiviadın məşuqəsi
- Frina — heykəltaraş Praskitelin modeli, onun üçün Afrodita qiyafəsində poza verib. Modelin peşəsinə görə heykəltaraş tanrıları təhqir etməkdə ittiham edilib və məhkəməyə çağırılıb. Mühakimə zamanı Praskitelin Frinanın paltarını çəıxarıb, modelin gözəlliyini görən Areopaq ittihamı rədd edib.
- Elefantida — erotik məzmunlu dərsliyin müəllifi
Qədim Roma heteraları
[redaktə | vikimətni redaktə et]- Lesbiya — Katullun məşuqəsi (peşəsi tam müəyyən deyil)
- Kintiya — Propersinin məşuqəsi
Bizans heteraları
[redaktə | vikimətni redaktə et]- İmperatriçə Feodora (təxmin edilir, sübuta yetirilməyib).
Fahişəlikdən fərqləri
[redaktə | vikimətni redaktə et]Heteralar fahişələrdən fərqli olaraq yüksək intellektual qabiliyyətləri ilə seçilirdilər. Onlar təkcə seksual xidmət göstərmir, ətrafdakıları söhbət, mahnı və ya rəqslə feyzyab edirdilər[4]. Sonuncu onları geyşalara yaxınlaşdırır.
Digər mədəniyyətlərdə
[redaktə | vikimətni redaktə et]Hetra sözündən məbəd fahişəliyini ifadə etmək üçün də istifadə olunur. Lakin antik cəmiyyətdən başqa yerdə hetera sözü fahişəyə sinonim kimi də istifadə edilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Hetera, Böyük Sovet Ensiklopediyası". 2009-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-01.
- ↑ "Brokqauz və Yefron Ensiklopediyası". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-01.
- ↑ Brokqauz və Yefronun kiçik ensiklopedik lüğəti[ölü keçid]
- ↑ 1 2 "Gender terminləri lüğəti". 2008-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-01.